Məhəmməd Salah Super Liqa tarixinə düşdü - Osimheni geridə qoydu

Məhəmməd Salah Super Liqa tarixinə düşdü - Osimheni geridə qoydu
İdman 112

Türkiyənin "Trabzonspor" klubunun transferi üçün rəsmi danışıqlara başladığını açıqladığı misirli ulduz Məhəmməd Salah hələ debüt etməmiş Super Liqa tarixinə düşməyi bacarıb.

BAKU.WS xəbər verir ki, Transfermarkt məlumatlarına əsasən, Salahın karyerası ərzində çatdığı 150 milyon avroluq bazar dəyəri onu Türkiyə Super Liqasında çıxış etmiş futbolçular arasında ən yüksək göstəriciyə sahib oyunçu edib.

Bununla da 33 yaşlı hücumçu indiyədək 120 milyon avro ilə rekordun sahibi olan "Qalatasaray"ın nigeriyalı forvardı Viktor Osimheni geridə qoyaraq siyahının zirvəsinə yüksəlib.

"Transfermarkt"a görə, Super Liqa tarixində ən yüksək bazar dəyərinə çatan futbolçuların ilk onluğu belədir:

Məhəmməd Salah – 150 milyon avro

Viktor Osimhen – 120 milyon avro

N'Qolo Kante – 100 milyon avro

Mauro İkardi – 100 milyon avro

Leroy Sane – 100 milyon avro

Dele Alli – 100 milyon avro

Marko Asensio – 90 milyon avro

Arda Gülər – 90 milyon avro

Nikolas Pepe – 75 milyon avro

Miralem Pyaniç – 70 milyon avro

Qeyd edək ki, "Trabzonspor" Məhəmməd Salahla transfer danışıqlarına başlandığını artıq rəsmən açıqlayıb. Misirli futbolçunun bu gün İstanbula, daha sonra isə Trabzona yollanaraq klubla rəsmi müqavilə imzalaması gözlənilir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər