Mədət Quliyev Formula 1-in Bakı trekində təşkil olunan veloyürüşdə - FOTO

Mədət Quliyev Formula 1-in Bakı trekində təşkil olunan veloyürüşdə - FOTO
Foto
İdman 2353
Bakıda dünyanın məşhur pilotlarının iştirakı ilə Formula 1 SOCAR Azərbaycan Qran-Prisinin əsas mərhələsi başlamamışdan əvvəl yarışların keçirildiyi Bakı trekində, aprelin 28-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Heydər Əliyev adına Akademiyasının nəzdindəki Velosiped idman klubunun təşkilatçılığı, Formula 1 şirkətinin və Azərbaycan Avtomobil Federasiyasının dəstəyi ilə ənənəvi olaraq veloyürüş təşkil edilib. BAKU.WS xəbər verir ki, Formula 1 yarışlarının şəhər trası növündə öz nadirliyi ilə seçilən Bakı trekində keçirilən veloyürüşdə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Azərbaycanın Milli Qəhrəmanı, general-polkovnik Mədət Quliyev, Azərbaycanın cüdo üzrə Olimpiya çempionu Elnur Məmmədli, Velosiped idman növü üzrə çoxqat Respublika çempionu Vüqar Salahov, həmçinin DTX-nin Heydər Əliyev adına Akademiyasının nəzdindəki Velosiped idman klubunun üzvləri iştirak ediblər.
Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

“Formula-1”: Azərbaycan Qran-prisi başlayır

“Formula-1”: Azərbaycan Qran-prisi başlayır

Bu gün SOCAR Azərbaycan Qran-prisinə start veriləcək. Paytaxtımızda ardıcıl dördüncü dəfə keçirilən nüfuzlu yarış “Formula-2” pilotlarının mübarizəsi ilə start...

794 İdman 00:52 26 aprel 2019

Son xəbərlər