Mədət Quliyev məşhur velosipedçi ilə veloyürüşdə (VİDEO)
Dövlət Təhlükəsizlik Xidmətinin rəisi, milli qəhrəman Mədət Quliyev peşəkar velosipedçilərlə veloyürüşdə iştirak edib.
BAKU.WS-in məlumatına görə, təxminən 30-dan çox velosipedçinin qatıldığı veloyürüşdə Mədət Quliyevlə yanaşı Azərbaycanın legioner idmançısı Maksim Averin də iştirak edib.
"Azərbaycan idmanının ulduzu Maksim Averin və Azərbaycanın milli qəhrəmanı Mədət Quliyev velosipedlə yola çıxıb”, - deyə idmana böyük marağı ilə tez-tez gündəmə gələn DTX rəisi bildirib.
Qeyd edək ki, Maksim Averin Ukrayna əsilli azərbaycanlı şosse velosipedçisi, Synergy Baku Cycling Project komandasının üzvüdür. O, Azərbaycanı 2015-ci ildə I Avropa Oyunlarında və 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil edib.
Murad
BAKU.WS
Oxşar xəbərlər
Mədət Quliyev Aygün Kazımovaya vəzifə verdi
Xalq artisti Aygün Kazımovaya vəzifə verilib. BAKU.WS xəbər verir ki, müğənni Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) solisti təyin olunub. Bu barədə Femida.az...