Mədət Quliyev Aygün Kazımovaya vəzifə verdi
Xalq artisti Aygün Kazımovaya vəzifə verilib.
BAKU.WS xəbər verir ki, müğənni Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) solisti təyin olunub.
Bu barədə Femida.az-a xalq artisti özü məlumat verib. O, açıqlamasında bildirib ki, artıq bununla bağlı rəsmi əmr də çıxıb.
Xatırladaq ki, xalq artisti Aygün Kazımova Dövlət Bayraq Meydanından start götürən "28 MAY - Respublika günü”nə həsr olunmuş yürüşdə iştirak edib. Daha sonra təşkil olunmuş konsert proqramında çıxış edib. Yürüşdə Dövlət Təhlükəsizlik Xidmətinin rəisi, general Mədət Quliyev, Dövlət Sərhəd Xidmətinin rəisi, general Elçin Quliyev də iştirak edib.
BAKU.WS
Oxşar xəbərlər
Mədət Quliyev bulvardakı yürüşdə (foto)
Bu gün Dövlət Bayraq Meydanından start götürən "28 MAY - Respublika günü”nə həsr olunmuş yürüş keçirilib. BAKU.WS-in "Qafqazinfo”ya istinadən verdiyi xəbərə gö...