MDB Oyunları: Azərbaycanın çimərlik futbolu yığması qələbə qazanıb
07
avq
2023
19:19
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Belarusun paytaxtı Minskdə təşkil olunan II MDB Oyunlarında növbəti matçını keçirib.
"Report"un məlumatına görə, Birləşmiş Ərəb Əmirlikləri ilə qarşılaşan yığma 7:3 hesablı qələbə qazanıb. Sabir Allahquliyevin dubl etdiyi görüşdə digər qolları İsa Zeynallı, Ramil Əliyev, Elçin Qaslmov, Orxan Məmmədov və Elşad Manafov vurublar.
Milli komanda turnirdə növbəti oyununu avqustun 8-i saat 15:30-da Özbəkistan yığmasına qarşı keçirəcək.
Oxşar xəbərlər
Avropa Oyunları: Azərbaycanın çimərlik futbolu yığması Ukraynaya qalib gəlib
Çimərlik futbolu üzrə Azərbaycan millisi Polşada təşkil olunan III Avropa Oyunlarında növbəti matçını keçirib. "Report"un yarışa ezam olunmuş əməkdaşının məluma...