Avropa Oyunları: Azərbaycanın çimərlik futbolu yığması Ukraynaya qalib gəlib
30
iyn
2023
18:10
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Çimərlik futbolu üzrə Azərbaycan millisi Polşada təşkil olunan III Avropa Oyunlarında növbəti matçını keçirib.
"Report"un yarışa ezam olunmuş əməkdaşının məlumatına görə, 5-8-ci yerlər uğrunda görüşdə Ukrayna seçməsi ilə qarşılaşan yığma 7:6 hesablı qələbə qazanıb. Komandanın heyətində qolları Amid Nəzərov (3), Elşad Manafov (2), Orxan Məmmədov və İsa Zeynallı vurublar.
Qeyd edək ki, Azərbaycan iyulun 1-də Moldova ilə 5-ci yer uğrunda matça çıxacaq.
Oxşar xəbərlər
Avropa Oyunları: Azərbaycanın iki idmançısı bürünc medalla kifayətlənib - YENİLƏNİB
Muay-tay üzrə Azərbaycan millisinin üzvü Aysu Dərvişova Polşada təşkil olunan III Avropa Oyunlarında növbəti görüşünə çıxıb. BAKU.WS report-a istinadən xəbər ve...