Mbappe: Messi və Ronaldo futbol tarixinin ən yaxşılarıdır

Mbappe: Messi və Ronaldo futbol tarixinin ən yaxşılarıdır
İdman 33

Fransa millisinin kapitanı Kilian Mbappe Lionel Messi və Kriştiano Ronaldonu bütün dövrlərin ən yaxşı futbolçuları adlandırıb.

BAKU.WS xəbər verir ki, Mbappe bu barədə 2026-cı il dünya çempionatının qrup mərhələsində İraqla keçiriləcək oyun öncəsi mətbuat konfransında danışıb.

27 yaşlı hücumçu bildirib ki, Fransa yığması son mundialla müqayisədə daha hücumameyilli futbol nümayiş etdirir və komandaya qoşulan gənc istedadlarla birlikdə qarşıya qoyulan məqsədlərə doğru uğurla irəliləyir.

Dünya çempionatlarında 14 qola imza atan Mbappe turnirin tarixi bombardiri olmaq uğrunda mübarizəyə də toxunub. O qeyd edib ki, Lionel Messinin qol vuracağını gözləyirdi və bu səbəbdən rekord yarışında geri qalmamaq üçün özü də qol sayını artırmalıdır.

"Messi qol vuracaqdı, bunu bilirdim. O, məndən öndədir və buna görə də mən də qol vurmağa davam etməliyəm. Amma əsas məqsədimiz dünya çempionu olmaqdır", - deyə futbolçu bildirib.

Mbappe həmçinin vurğulayıb ki, onun fikrincə, Lionel Messi və Kriştiano Ronaldo futbol tarixinin ən böyük oyunçularıdır.

Qeyd edək ki, Fransa millisi dünya çempionatının I qrupunda Seneqal, Norveç və İraqla mübarizə aparır. Komanda ilk oyunda Seneqalı 3:1 hesabı ilə məğlub edib və növbəti görüşünü İraqa qarşı keçirəcək.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər