Mbappe Fransa millisinin məşqçilər korpusunu tənqid edib
Yeniliklərdən dərhal xəbərdar olun
Kilian Mbappe Didye Deşamın rəhbərlik etdiyi Fransa millisinin məşqçilər korpusunu tənqid edib.
BAKU.WS xəbər verir ki, bu barədə Fransanın "LEquipe" nəşri yazıb.
Sentyabrda Fransa millisi Millətlər Liqasında iki oyun keçirib. İtaliya yığmasına 1:3 hesabı ilə məğlub olub və Belçika millisindən 2:0 hesabı ilə üstün olub.
Mbappe sonunçu matçdan sonra soyunub-geyinmə otağında komandanın kapitanı kimi çıxış edərək millinin taktiki hazırlığının olmadığına görə Deşamın işini tənqid edib.
Eyni zamanda, Mbappe ötən matçlarda qol vura bilməyib.
Qeyd edək ki, sentyabrın 4-də Mbappe "Qızıl top"a namizədlər siyahısına daxil edilib.
Oxşar xəbərlər
Sumqayıtda cüdo üzrə Abşeron-Xızı birinciliyi təşkil olunacaq
Oktyabrın 30-da Sumqayıt Olimpiya İdman Kompleksində U-20 gənclər arasında cüdo üzrə Abşeron-Xızı birinciliyi təşkil olunacaq. Bu barədə BAKU.WS-ə Azərbaycan Cü...