Matç zamanı hakimi döyən futbolçu intihar etdi - VİDEO

Matç zamanı hakimi döyən futbolçu intihar etdi - VİDEO
Video
İdman 179

Argentinada oyun vaxtı hakimə hücum etdiyi üçün adam öldürməyə cəhddə ittiham olunan 24 yaşlı həvəskar futbolçu Uilyams Aleksandr Tapo başından güllə yarası ilə ölü tapılıb.

BAKU.WS xəbər verir ki, Buenos-Ayres polisi Taponun cəsədini qatar stansiyası yaxınlığında aşkarlayıb.

Futbolçunun həyat yoldaşı onun intihar etdiyini açıqlayıb. Onun iki azyaşlı uşağı qalıb.

Qeyd edək ki, Uilyams Aleksandr Tapon həvəskar turnirdə hakimi vəhşicəsinə döyərək, ona zərbələr endirib.

Futbolçunun idman tədbirində qəsdən adam öldürmədə ittiham edildiyi üçün 10-15 il müddətinə həbsi gözlənilirdi.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər