"Mançester Yunayted" ayrı-seçkilik edir? - Afrikalı futbolçu açıqladı
Yeniliklərdən dərhal xəbərdar olun
Fransa "Marsel"ində icarə əsasında çıxış edən Erik Bayi müqavilə ilə məxsus olduğu İngiltərənin "Mançester Yunayted" klubunu ayrı-seçkilikdə günahlandırıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, kot d İvuarlı müdafiəçi "The Telegraph" nəşrinə açıqlamasında "qırmızı şeytanlar"ın əsasən yerli futbolçulara üstünlük verdiyini söyləyib.
28 yaşlı oyunçu bildirib ki, hamı eyni şansı qazanmalıdır: "Rəqabət paltardəyişmə otağından başlayaraq təşviq edilməli, klub yalnız bir neçə futbolçunun qeydinə qalmamalıdır. Həmişə hiss etmişəm ki, "Mançester Yunayted"də ingilis oyunçular prioritetdir. Bu, komandanı zəiflədir. Amma "Çelsi"də və ya başqa böyük klublarda belə deyil. Xoşbəxtlikdən, Erik ten Haq güclü xarakterə malikdir. Ümid edirəm ki, o, vəziyyəti müsbətə doğru dəyişəcək".
Qeyd edək ki, Erik Bayi cari mövsümün sonunadək "Marsel"in formasını geyinəcək.
Oxşar xəbərlər
Premyer Liqa klublarının yay transferləri: Kimlər gəldi, kimlər getdi?
Azərbaycanın Premyer Liqa klubları artıq yay transfer çalışmalarına başlayıb. BAKU.WS Sports.az-a istinadən Premyer Liqa klublarının rəsmən açıqladıqları yeni t...