"Mançester Siti" Qvardiolaya dəstək olmaq üçün dörd qış transferi reallaşdıracaq
"Mançester Siti" rəhbərliyi "xalq" komandasındakı kadr problemindən şikayətlənən baş məşqçi Pep Qvardiolaya dəstək olmaq üçün qış transfer pəncərəsində dörd futbolçu ilə müqavilə imzalayacaq.
BAKU.WS xəbər verir ki, bu barədə Britaniyanın "Daily Mail" nəşri məlumat yayıb.
Mənbənin məlumatına görə, klub yeni müdafiəçi, ikinci hücumçu - Erlinq Haalandın ehtiyat oyunçusu, mərkəz və sağ müdafiəçi dəvət etməyi düşünür.
Xatırladaq ki, Qvardiolanın komandası bütün turnirlərdə keçirdiyi son 11 matçda 8 məğlubiyyətlə üzləşib. "Mançester Siti" 16 görüşdə 27 xal toplayıb və Premyer Liqanın turnir cədvəlində beşinci yerdədir. Çempionlar Liqasında "şəhərlilər" 6 oyundan sonra 8 xalla 22-ci yerdədir.
Oxşar xəbərlər
Rumıniya milli komandasının sabiq baş məşqçisi Mirça Luçesku vəfat edib
Futbol üzrə Rumıniya milli komandasının sabiq baş məşqçisi Mirça Luçesku 80 yaşında ürək tutmasından vəfat edib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu...