"Mançester Siti" qapıçısı ilə yollarını ayırdığını elan edib
09
iyn
2025
17:42
İngiltərənin "Mançester Siti" komandası qapıçısı Skott Karson ilə yollarını ayırdığını elan edib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Şəhərlilər" müqavilə müddəti başa çatan 39 yaşlı qolkiperin sözləşməsini yeniləməyəcək.
Qeyd edək ki, S.Karson 2019-2021-ci illərdə Premyer Liqa təmsilçisinin heyətində icarə əsasında çıxış edib. Daha sonra "Mançester Siti" onu transfer etmək hüququndan istifadə edib.
Oxşar xəbərlər
"Neftçi" - "Qarabağ" oyunu təxirə salınıb
Misli Premyer Liqasının XXI turunda üz-üzə gələcək "Neftçi" və "Qarabağ" komandalarının fevralın 21-nə nəzərdə tutulan oyunu təxirə salınıb. Peşəkar Futbol Liqa...