Mahir Emreliyə Polşada hücum edildi

Polşanın "Legiya" klubunun azarkeşləri Plotsk "Visla"sına 0:1 hesabı ilə uduzduqları Ekstraklasanın XVIII tur oyunundan sonra futbolçulara hücum edib.
BAKU.WS "report"-a istinadən xəbər verir ki, fanatlar qarşılaşmanın final fitindən sonra bazaya yollanıblar.
Onlardan bir neçəsi avtobusa daxil olaraq qarşıdurmaya səbəb olublar. Nəticədə komandanın iki legioneri xəsarət alıb. Onların adı açıqlanmayıb.
Polis dərhal hadisə yerinə gəlib. Rəsmi açıqlamada oyunçuların xəsarət alması təsdiqlənməyib. Nəşr bu görüşdən sonra baş məşqçi Marek Qolebiyevskinin futbolçularla vidalaşdığını və daha sonra istefa verdiyini yazıb.
Qeyd edək ki, "Legiya"da Azərbaycan millisinin futbolçusu Mahir Emreli də çıxış edir. O, "Visla" ilə görüşə start heyətdə başlayıb və 73-cü dəqiqədə əvəzlənib.
Oxşar xəbərlər
Qran-pri: Sərbəst güləşçilərimiz 5 medal qazandı
Azərbaycan sərbəst güləşçiləri Fransanın Nitsa şəhərində keçirilən Henri Deqlan Qran-prisində 5 medal qazanıb. "Report"un məlumatına görə, medallardan 2-si gümü...
