Mahir Əmrəli möhtəşəm qol vurdu, "Legiya" uduzdu - VİDEO, YENİLƏNİB

Mahir Əmrəli möhtəşəm qol vurdu, Legiya uduzdu - VİDEO, YENİLƏNİB
Video
İdman 715

Həmyerlimiz Mahir Əmrəlinin şərəfini qoruduğu Varşavanın "Legia" klubu öz meydanında "Rakuv" kollektivinə 2:3 hesabı ilə uduzub. Əmrəli Polşa çempionatının 9-cu turu çərçivəsində baş tutan oyunun 33-cü dəqiqəsində komandasının bərabərlik qoluna imza atsa da bu Varşava təmsilçisinin xal qazanması üçün yetərli olmayıb.

***22:52

Futbol üzrə Polşa çempionatının (Ekstraklass) 9-cu turunun oyunları keçirilir. BAKU.WS-in məlumatına görə, hazırda davam edən qarşılaşmada Varşavanın "Legiya" klubu evdə "Rakuv" kollektivini qəbul edir.

"Legiya"nın start heyətində meydana çıxan həmyerlimiz Mahir Əmrəli 33-cü dəqiqədə qol vuraraq hesabı bərabərləşdirib.

Hazırda davam edən qarşılaşmada hesab 1:1-dir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər