Mahir Emreli “Konyaspor”da - RƏSMİ

Mahir Emreli “Konyaspor”da - RƏSMİ
İdman 125

Azərbaycan millisinin futbolçusu Mahir Emreli Türkiyənin “Konyaspor” klubuna transfer olunub.

BAKU.WS xəbər verir ki, bu barədə klub rəsmi açıqlama yayıb.

Mahir “Konyaspor”a Xorvatiyanın “Dinamo” (Zaqreb) klubundan mövsüm sonuna qədər icarə əsasında keçib.

Klub Emreli və digər yeni transferlərin təqdimat mərasimini yaxın günlərdə Konya Böyükşəhər Stadionunda təşkil edəcək.

Qeyd edək ki, 26 yaşlı hücumçunun “Dinamo” ilə müqaviləsi 2026-cı ilə qədərdir.

Son xəbərlər