Mahir Emreli “Fənərbaxça” ilə matçda oynaya bilməyəcək
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyənin “Konyaspor” klubunda çıxış edən Azərbaycan yığmasının üzvü Mahir Emrelinin “Fənərbaxça” ilə matçda meydana çıxmasına icazə verilməyib.
BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, hücumçu ayın 25-də İstanbulda baş tutacaq oyunda olmayacaq.
Bunun səbəbi Emrelinin oyunun əslində baş tutmalı olduğu tarixədək transfer edilməməsidir.
Qarşılaşma fevralın 6-da keçirilməli idi. Ancaq Türkiyədə baş verən zəlzələ səbəbi ilə qarşılaşma bu həftəyə təxirə salınıb. Qaydaya görə, komandalar bu ayın 25-də baş tutacaq qarşılaşmada öncədən təqdim edilən iştirak ərizəsi ilə çıxış etməlidir. Belədə fevralın 14-də qeydiyyata alınan Emrelinin adı matçın protokoluna salınmayacaq.
Oxşar xəbərlər
Mahir Emreli: "Özümə deyirəm ki, kişi ol, xarakter göstər"
"Bu mənim ən pis tərəfimdir. Nə vaxt ağrı hiss edirəmsə, bu barədə düşünmürəm, oynamaq istəyirəm. Yaxşı olardı ki, belə məqamlarda yanımda mənə "Mahir, dayanmaq...