Macarıstan millisinin sabiq futbolçusu "Neftçi"də
Yeniliklərdən dərhal xəbərdar olun
"Neftçi" növbəti transferini rəsmiləşdirib.
Klubdan BAKU.WS-ə verilən məlumata görə, macarıstanlı hücumameyilli yarımmüdafiəçi Alen Şkribek "ağ-qaralar"ın yeni üzvüdür. 25 yaşlı futbolçu ilə 2+1 illik müqavilə bağlanıb.
Bunadək yalnız vətənində çıxış etmiş Şkribekin sonuncu klubu ZTE olub. O, 2026/2027-ci illər mövsümündə Macarıstan çempionatının ilk 3 turunda bütün oyunlarda komandasının formasını geyinib, 3 məhsuldar ötürmə ilə yadda qalıb. Ötən mövsüm isə ZTE-nin heyətində ümumilikdə 37 matçda meydana çıxıb, 11 qol, 5 assist müəllifi olub.
Universal futbolçu olan Alen həm yarımmüdafiənin mərkəzində, həm də "10 nömrə" mövqeyində oynayır. Hər iki ayağı işlək olduğu üçün istər sağ, istərsə də sol vinger mövqelərini bağlaya bilir.
2023/2024-cü illər mövsümündə "Pakş" klubu ilə ölkə kubokunu başı üzərinə qaldırmış Şkribek 2021-2022-ci illərdə isə Macarıstan U-21 yığmasının heyətində 11 oyun keçirib, 2 qol vurub, 3 assist edib.
Oxşar xəbərlər
Sumqayıtda cüdo üzrə Abşeron-Xızı birinciliyi təşkil olunacaq
Oktyabrın 30-da Sumqayıt Olimpiya İdman Kompleksində U-20 gənclər arasında cüdo üzrə Abşeron-Xızı birinciliyi təşkil olunacaq. Bu barədə BAKU.WS-ə Azərbaycan Cü...