"Liverpul"un futbolçusu İfeanyi Ndukve "Levante"yə icarəyə verilib
Yeniliklərdən dərhal xəbərdar olun
İngiltərənin "Liverpul" klubunun mərkəz müdafiəçisi İfeanyi Ndukve 2026/2027 mövsümünü icarə əsasında İspaniyanın "Levante" komandasında keçirəcək.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
18 yaşlı futbolçunun İspaniya klubuna keçidi bu həftə "Liverpul"la müqavilə imzalamasından sonra rəsmiləşib. Mersisayd klubu müdafiəçinin transferi ilə bağlı bu ilin əvvəlində "Avstriya" (Vyana) kollektivi ilə prinsipial razılıq əldə etmişdi.
Qeyd edək ki, "Levante" La Liqanın növbəti turunda səfərdə "Osasuna"nın qonağı olacaq.
Oxşar xəbərlər
"Böyük Dəbilqə": Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə "Böyük Dəbilqə" turnirinin püşkatma mərasimi keçirilib. BAKU.WS xəbər verir ki, püşkün nəticələrinə...