İlin ən yaxşı qadın futbolçusu müəyyənləşib
Yeniliklərdən dərhal xəbərdar olun
2022-ci ilin ən yaxşı qadın futbolçusu açıqlanıb.
“France Football” nəşrinin mükafatı “Qızıl top”un təqdimetmə mərasimi zamanı sahibinə verilib.
Səsvermə nəticəsində qadınların “Qızıl top”una Aleksia Putelyas yenidən layiq görülüb. “Barselona”nın oyunçusuna mükafatı əfsanəvi ukraynalı futbolçu Andrey Şevçenko təqdim edib.
Qeyd edək ki, tədbirdə yeni təsis edilmiş "Sokrates kuboku"nun da qalibi müəyyənləşib. Mükafatın ilk sahibi Almaniya "Bavariya"sından Sadio Mane olub.
Bu mükafat ictimai və xeyriyyə layihələrində iştirak edən futbolçular üçün nəzərdə tutulub.
Oxşar xəbərlər
Çempionlar Liqası: "Barselona" ilk qələbəsini qazandı, "Volfsburq" uduzdu - VİDEO
UEFA Çempionlar Liqasının qrup mərhələsində III turun daha 2 oyunu keçirilib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, hər iki qarşılaşmada meydan sahibləri...