"Lex"in Bakıya səfər proqramı bəlli oldu
Yeniliklərdən dərhal xəbərdar olun
Polşa "Lex"inin "Qarabağ"a qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyunu üçün Bakıya səfər proqramı bəlli olub.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, ölkə çempionu iyulun 11-də səhər saatlarında çarter reysi ilə Azərbaycana yollanacaq.
Uçuşun təxminən 4,5 saat çəkəcəyi gözlənilir. Saat 18:40-da Tofiq Bəhramov adına Respublika stadionunda "Lex"in baş məşqçisi Con van den Bromun mətbuat konfransı, saat 19:00-da isə komandanın açıq məşqi olacaq.
Qeyd edək ki, iyulun 12-də keçiriləcək "Qarabağ" - "Lex" oyunu saat 20:00-da başlayacaq. Poznandakı ilk görüşdə Ağdam təmsilçisi minimal hesabla uduzub - 0:1.
Oxşar xəbərlər
"Qarabağ" bu gün Polşada çətin sınağa çıxır - FOTO/VİDEO
Bu gün Ağdam təmsilçisi "Qarabağ" klubu UEFA Çempionlar Liqasında mübarizəyə start verəcək. BAKU.WS xəbər verir ki, "köhlən atlar" I təsnifat mərhələsinin ilk o...