Kriştiano Ronaldo yeni rekorda imza atdı
Portuqaliyalı hücumçu Kriştiano Ronaldo Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun heyətində növbəti rekordunu qırıb.
BAKU.WS xəbər verir ki, bu barədə Goal xəbər yayıb.
39 yaşlı futbolçu klub səviyyəsində 700 rəsmi qələbəyə çatan ilk oyunçu olub. Bu tarixi hadisə Səudiyyə çempionatında "Əl-Raed"ə qarşı keçirilən oyunda (2:1) baş verib. Ronaldo matçda bir qol və bir məhsuldar ötürmə ilə fərqlənib.
Portuqaliyalı ulduz Lissabon "Sportinq"i ilə 13, "Mançester Yunayted" ilə 214, "Real Madrid" ilə 316, "Yuventus" ilə 91 və "Əl-Nəsr"lə 66 qələbə qazanıb.
Ronaldo 5 dəfə "Qızıl top"un sahibi olub. O, 5 dəfə Çempionlar Liqasını qazanıb və İngiltərə, İspaniya və İtaliya çempionatlarında titul əldə edib.
Oxşar xəbərlər
Qurban Qurbanov: Komandamızda kifayət qədər dəyişikliklər edilib
"Qarabağ"ın Avstriyadakı təlim-məşq toplanışı pis keçməyib. BAKU.WS xəbər verir ki, bunu Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov klubun mətbuat xidməti...