Kristian Eriksenin həyatını xilas edənlər mükafatlandırıldılar
Yeniliklərdən dərhal xəbərdar olun
Danimarka millisinin kapitanı Simon Kyaer və həkimləri mükafatlandırılıblar.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, Avropa çempionatında Kopenhagendə Finlandiya yığmasına qarşı B qrupunun ilk oyununda (0:1) meydan sahiblərinin futbolçusu Kristian Eriksenin həyatını xilas edən şəxslərə UEFA Prezidenti Mükafatı verilib.
Mükafatı qitə futbol qurumunun rəhbəri Aleksander Çeferin təqdim edib.
Qeyd edək ki, Kristian Eriksen iyunun 12-də Finlandiya ilə AVRO-2020-nin B qrupunun ilk görüşündə huşunu itirərək yerə yıxılıb. 15 dəqiqə ərzində təcili yardım göstərildikdən sonra onu xəstəxanaya apararaq vəziyyətini sabitləşdiriblər. Daha sonra əməliyyat olunan danimarkalı oyunçunun ürəyinə kardioverter-defibrillyator cihazı quraşdırılıb. O, 2010-2013-cü illərdə "Ayaks"ın formasını geyinib.
Oxşar xəbərlər
Eriksen “İnter”in “WhatsApp” qrupuna mesaj göndərdi
AVRO-2020-nin qrup mərhələsinin ilk turunda Finlandiya ilə matçda huşunu itirən Danimarka millisinin üzvü Kristian Eriksenin son durumu haqda onun klubu “İnter”...