Konfrans Liqası: "Neftçi"nin səfərdəki oyununu estoniyalı hakim idarə edəcək

Konfrans Liqası: Neftçinin səfərdəki oyununu estoniyalı hakim idarə edəcək
İdman 25

Bosniya və Herseqovinada "Jelezniçar"la "Neftçi" komandaları arasında keçiriləcək UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununun təyinatları bəlli olub.

BAKU.WS report-a istinadən xəbər verir ki, qarşılaşma Estoniyadan olan hakimlər briqadasına tapşırılıb.

FIFA referisi Yuri Frişerə laynsman qismində Veyko Mıtsnik və Sander Saqa yardımçı olacaqlar. Kevin Kayvoya dördüncü hakim funksiyasını yerinə yetirəcək.

Qeyd edək ki, iyulun 27-də "Qrbavitsa” stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər