Konfrans Liqası: “Neftçi”nin səfərdəki oyununun vaxtı açıqlanıb
21
iyl
2023
15:23
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
“Neftçi”nin UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Bosniya və Herseqovina klubu “Jelezniçar”la səfər oyununun vaxtı açıqlanıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, cütün ilk qarşılaşması iyulun 27-də “Qrbavitsa” stadionunda baş tutacaq.
Matçın start fiti Bakı vaxtı ilə saat 22:30-da səslənəcək.
Qeyd edək ki, bu komandalar arasında avqustun 3-də “Bakcell Arena”da keçiriləcək cavab görüşü saat 21:00-da başlayacaq.
Oxşar xəbərlər
Çempionlar Liqası: “Qarabağ” darmadağınla II təsnifat mərhələsinə vəsiqə qazanıb - YENİLƏNİB-6
“Qarabağ” UEFA Çempionlar Liqasında I mərhələni keçib. Azərbaycan çempionu Cəbəllütariq təmsilçisi “Linkoln”u səfərdə olduğu kimi, evdə də məğlubiyyətə uğradıb....