Konfrans Liqası: “Neftçi” və “Sabah”ın potensial rəqibləri dəqiqləşdi

Konfrans Liqası: “Neftçi” və “Sabah”ın potensial rəqibləri dəqiqləşdi
İdman 4

“Neftçi” və “Sabah”ın UEFA Konfrans Liqasının pley-off mərhələsində potensial rəqibləri müəyyənləşib.

BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, III təsnifat mərhələsində “Beşiktaş”la (Türkiyə) qarşılaşacaq “Neftçi” növbəti raunda yüksəlməyi bacarsa, “Dinamo” (Kiyev, Ukrayna) - “Aris” (Yunanıstan) cütünün qalibi ilə üz-üzə gələcək.

“Sabah” - “Partizan” (Serbiya) cütünün qalibi isə “Styaua” (Rumıniya) - “Nordsyelland” (Danimarka) cütünün güclüsü ilə qarşılaşacaq.

Hər iki komandamız pley-offa adlayacağı halda ilk görüşü səfərdə keçirəcək.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər