Klublarımızın avrokubok oyunları azarkeşlərlə keçirilə bilər
Yeniliklərdən dərhal xəbərdar olun
UEFA-ya 55 üzv milli assosiasiyanın baş katibləri ilə videokonfrans formatında keçirilən iclasda azarkeşlərin yenidən stadionlara qayıtma məsələsi müzakirə olunub.
BAKU.WS report-a istinadən xəbər verir ki, indiki halda fanatlarla bağlı qadağanın qüvvədə saxlanılması məqsədəuyğun hesab edilib.
Eyni zamanda, avqustun ortalarında yenidən bu məsələyə baxılacağı və ölkələrdə pandemiya ilə bağlı vəziyyətə əsasən az sayda azarkeşin stadionlara girişinə icazə verilə biləcəyi vurğulanıb.
Milli komandaların sentyabrda keçirəcəyi oyunların da müzakirə olunduğu iclasda bəzi matçların neytral meydanlarda olacağı istisna olunmayıb.
Oxşar xəbərlər
UEFA Azərbaycan klublarının avrokubok oyunlarının vaxtını açıqlayacaq
UEFA İcraiyyə Komitəsinin iclasının gündəliyi açıqlanıb. BAKU.WS "Report"a istinadla xəbər verir ki, toplantı iki mərhələdən ibarət olacaq. Videokonfrans 17-18...