Klublarımız Konfrans Liqasında mübarizəyə başlayır: Oyunlar saat neçədədir?

Klublarımız Konfrans Liqasında mübarizəyə başlayır: Oyunlar saat neçədədir?
İdman 97

Azərbaycanın 3 klubu bu gün UEFA Konfrans Liqasında mübarizəyə start verəcək.

BAKU.WS xəbər verir ki, "Neftçi" və "Qəbələ" səfərdə, "Zirə" isə öz meydanında rəqibləri ilə ilk oyuna çıxacaqlar.

Məlumat üçün bildirək ki, "Zirə" klubu Konfrans Liqasında İsrailin "Makkabi" (Təl-Əviv) komandasını qəbul edəcək.

Matç "Dalğa Arena"da saat 20:00-da başlayacaq. Qarşılaşmanı irlandiyalı FIFA referisi Rob Hennessi idarə edəcək.

Turnirdə yeganə əyalət təmsilçimiz olan "Qəbələ" Macarıstanda "Fehervar"ın qonağı olacaq. "Mol Arena"da başlayacaq matç Bakı vaxtı ilə saat 21:00-da start götürəcək. Bu qarşılaşmanın baş hakimi isveçli Kaspar Syöberqdir.

Azərbaycan futbolunun flaqmanı olan "Neftçi" isə Kiprdə "Aris"i sınağa çəkəcək. "AEK Arena"dakı görüşdə ədaləti xorvatiyalı İvan Bebek qoruyacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 21:30-da başlanacaq.

Qeyd edək ki, komandalar arasında cavab matçları iyulun 28-də keçiriləcək.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər