Konfrans Liqasında Azərbaycan klublarının potensial rəqibləri bəlli olub
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan klublarının UEFA Konfrans Liqasının III təsnifat mərhələsindəki potensial rəqibləri müəyyənləşib.
BAKU.WS "report"a istinadən xəbər verir ki, püşk nəticəsində "Neftçi", "Zirə" və "Qəbələ"nin mümkün rəqibləri bəlli olub.
"Zirə" II təsnifat mərhələsində İsrailin “Makkabi” (Tel-Əviv) komandası ilə görüşlərdən üstün ayrılsa, "Qomel” (Belarus) - “Aris” (Yunanıstan) cütünün qalibi ilə üz-üzə gələcək.
"Neftçi" II təsnifat mərhələsində Kipr "Aris"ini üstələyəcəyi təqdirdə, “Rapid” (Vyana, Avstriya) / “Lexiya” (Qdansk, Polşa) cütünün qalibi ilə üz-üzə gələcək və ilk matçını evdə keçirəcək.
“Qəbələ” Macarıstanın “Fehervar” komandasını keçsə, “Petrokub-Hinçesti” (Moldova) / “Laçi” (Albaniya) cütünün qalibi ilə oynayacaq və ilk matç evdə olacaq.
Qeyd edək ki, III təsnifat mərhələsinin matçları avqustun 4-ü və 11-də oynanılacaq.
Oxşar xəbərlər
Azərbaycan klublarının Konfrans Liqasındakı potensial rəqibləri azalıb
Azərbaycan klublarının UEFA Konfrans Liqasının III təsnifat mərhələsindəki potensial rəqiblərinin sayı azalıb. BAKU.WS xəbər verir ki, Avropa futbol qurumu iyul...