KİV: Salah özünə inamını itirib, "Liverpul"dan ayrılmağa yaxındır

KİV: Salah özünə inamını itirib, Liverpuldan ayrılmağa yaxındır
İdman 12

"Liverpul"un hücumçusu Mohamed Salah yay transfer pəncərəsində komandadan ayrılmağa yaxındır.

BAKU.WS xəbər verir ki, bu barədə "talkSPORT"un jurnalisti Pol Smit məlumat yayıb.

O bildirib ki, futbolçunun hazırda özünə inamla bağlı problemləri var və belə hallarda oyunçuya qarşı həddindən artıq tənqidi yanaşmaq düzgün deyil.

Smitin sözlərinə görə, Salah həmişə zəif oyun nümayiş etdirdiyi matçlarda belə, bir epizodla fərq yarada bilən futbolçu olub və bu xüsusiyyət onun təbiətindədir:

"Düşünürəm ki, istənilən idman növündə müəyyən mərhələ başa çatmağa yaxınlaşanda bunu göstərən əlamətlər ortaya çıxır. Hazırda biz belə bir vəziyyətin şahidi oluruq. Bunun dəqiq son olub-olmadığını deyə bilmərəm, amma onun yaşındakı futbolçular üçün bu, normaldır. Xüsusilə də son altı-yeddi ildə klub üçün etdiklərini nəzərə alsaq. Salah inanılmaz performans göstərib və əgər bu, onun "Liverpul"dakı hekayəsinin sonudursa, o hələ buradaykən bu dövrdən zövq almalıyıq".

Qeyd edək ki, 2017-ci ildən "Liverpul"da çıxış edən misirli hücumçu komandanın son illərdə qazandığı uğurlarda mühüm rol oynayıb.

Son xəbərlər