Kiprdəki oyunda "Araz-Naxçıvan"ın müraciətindən sonra tribunadan Ermənistan bayrağı yığışdırılıb

"Araz-Naxçıvan" klubu Kiprdə "Omoniya"ya qarşı keçirdiyi Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununda tribunadan Ermənistan bayrağının yığışdırılması ilə bağlı UEFA nümayəndəsinə müraciət edib.
BAKU.WS xəbər verir ki, bu barədə report-a Azərbaycan təmsilçisinin mətbuat xidmətindən bildirilib.
Klubdan bildirilib ki, dərhal məsələ ilə bağlı polisə məlumat çatdırılıb:
"UEFA nümayəndəsi əvvəlcə dedi ki, rəsmi bayraqdır. Biz isə əvəzində söylədik ki, Kipr və Azərbaycan klubları oynayır. Başqa ölkənin bayrağı niyə tribunada olmalıdır? Bu, təxribat cəhdidir. O da razılaşdı. Dərhal polisə bayrağın yığışdırılması ilə bağlı məlumat verdi və bayraq götürüldü. Nümayəndə bunu öz protokolunda da qeyd etdiyini vurğuladı. Hətta belə bir ehtimalı qarşılaşmadan əvvəl baş tutan iclasda nümayəndəyə demişdik".
Qeyd edək ki, görüş meydan sahiblərinin 5:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bakıda 4 cavabsız qolla uduzan "Araz-Naxçıvan" UEFA Konfrans Liqasında mübarizəni dayandırıb.
Oxşar xəbərlər
Azərbaycanlı futbolçu Türkiyədə klubunu dəyişib
Azərbaycan millisinin futbolçusu Ayşən Əhmədova Türkiyənin "Amedspor" klubuna keçib. BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Diyarbəkir təmsilçisin...
