"Keşlə" 3 hücumçu arasında seçim edir
Yeniliklərdən dərhal xəbərdar olun
"Keşlə" Azərbaycanı icazəsiz tərk edən futbolçusu Aleksandr Kriştovaonun yerinə yeni hücumçu axtarır.
BAKU.WS-in məlumatına görə, bu barədə "Report"a komandanın baş məşqçisi Yunis Hüseynov məlumat verib.
55 yaşlı mütəxəssis bildirib ki, hazırda 3 legioner forvardla danışıqlar gedir: "Hər üçünü izləyirik. Bilirsiniz ki, indi hazır futbolçu tapmaq çətindir. Sonda hansına üstünlük versək və razılığa gəlsək, onu da gətirəcəyik. Məsələ bu həftə ərzində 100 faiz dəqiqləşəcək".
Qeyd edək ki, hazırda "Keşlə"nin heyətində cəmi 2 hücumçu qalıb. Onlardan biri braziliyalı Silvio Rodriges, digəri isə əvəzedici komandanın üzvü Xəzər Mahmudovdur.
Oxşar xəbərlər
“Ailəmi bura gətirməyəcəm” - Millimizin yeni baş məşqçisi - VİDEO
Azərbaycan milli komandasının yeni baş məşqçisi Canni De Byazinin “Qafqazinfo”ya müsahibəsi: - Öncə milli komandanın baş məşqçisi postuna aldığınız dəvətdən və...