Keçmiş Baş nazirin xanəndə kürəkəni Avropa çempionu oldu - FOTO/VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanlı bodibilder Pərviz Qasımov idman sahəsində daha bir uğura imza atıb.
BAKU.WS xəbər verir ki, 2024-cü ilin Bodibildinq və Fitnes üzrə Azərbaycan Kubokunda qalib olan muğam ifaçısı bu dəfə bodibildinq üzrə Avropa çempionatında mütləq çempion adına sahib çıxıb.
Yarış İspaniyanın Santa Susanna şəhərində baş tutub.
Pərviz birincilik kürsüsünə çıxıb və ona qızıl medal təqdim edilib. Daha sonra Azərbaycanın dövlət himni səsləndirilib.
Qeyd edək ki, keçmiş Baş Nazir Novruz Məmmədovun qızı Firuzə Məmmədova xanəndə Pərviz Qasımovla ailəlidir. N.Məmmədov 2018-2019-cu illərdə Baş nazir vəzifəsində çalışıb.
BAKU.WS sözügedən görüntüləri təqdim edir:
Oxşar xəbərlər
Keçmiş Baş nazirin xanəndə kürəkəni Bodibildinq üzrə kuboka sahib oldu - FOTO/VİDEO
Azərbaycanlı xanəndə Pərviz Qasımov uğura imza atıb. BAKU.WS xəbər verir ki, muğam ifaçısı 2024-cü ilin Bodibildinq və Fitnes üzrə Azərbaycan Kubokunda qalib o...