"Kayserispor" daha bir rus futbolçunu transfer etmək istəyir
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyənin "Kayserispor" klubu Yunanıstanın PAOK komandasının mərkəz hücumçusu Fyodor Çalovun transferi ilə bağlı danışıqlara start verib.
BAKU.WS xəbər verir ki, bu barədə jurnalist Ertan Süzgün sosial şəbəkə X-da məlumat yayıb.
Rusiyalı forvard 2024-cü ildən etibarən PAOK-un formasını geyinir.
Cari mövsümdə Çalov klub səviyyəsində 22 oyunda meydana çıxıb, 3 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Futbolçunun PAOK-la mövcud müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Məşhur "Transfermarkt" portalı Çalovun bazar dəyərini 5,5 milyon avro olaraq qiymətləndirir. Fyodor Çalov daha əvvəl "CSKA Moskva" klubunun formasını da geyinib.
Qeyd edək ki, bu qış transfer dövründə "Kayserispor" heyətini Denis Makarovla gücləndirib.
Oxşar xəbərlər
"Böyük Dəbilqə": Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə "Böyük Dəbilqə" turnirinin püşkatma mərasimi keçirilib. BAKU.WS xəbər verir ki, püşkün nəticələrinə...