"Kayrat"ın futbolçusu: "Qarabağ"la oyundakı nəticə heç kimi qane etmədi"
Yeniliklərdən dərhal xəbərdar olun
"Uzun fasilədən sonra meydana qayıtdım. Baş məşqçi mənə 90 dəqiqə şans verdi. Bu, fantastik hiss idi".
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu Qazaxıstan "Kayrat"ının futbolçusu Yatsek Quralski evdə "Qarabağ"a 1:2 hesabı ilə uduzduqları UEFA Konfrans Liqasının qrup oyunu barədə "Super Express" nəşrinə müsahibəsində deyib.
Polşalı yarımmüdafiəçi sözügedən qarşılaşmada yaxşı oynadıqlarını bildirib: "Təəssüf ki, uduzduq. Əlbəttə, yekun nəticə heç kimi qane etmədi. Buna baxmayaraq, öz oyunumdan razı qaldım. Meydana start heyətində çıxmağım və sonadək oynamağım bərpa prosesinin yaxşı keçdiyini göstərdi. Hazırda əsas işim formamı yaxşılaşdırmaq olmalıdır".
Qeyd edək ki, "Kayrat" Bakıdakı görüşdə də "Qarabağ"a eyni hesabla uduzmuşdu.
Oxşar xəbərlər
Konfrans Liqası: "Qarabağ" "Kayrat"la oyundan qalib ayrıldı - YENİLƏNİB
UEFA Konfrans Liqasının qrup mərhələsinin növbəti IV mərhələsində qarşılaşan "Kayrat" və "Qarabağ" komandaları arasında oyun başa çatıb. BAKU.WS xəbər verir ki,...