Karlsen turnirdən imtina etdi, Şəhriyara texniki qələbə verildi
05
sen
2022
23:59
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov ABŞ-ın Sent Luis şəhərindəki "Grand Chess Tour"un sonuncu mərhələsi olan "Sinkfild Kuboku"nda ilk qələbəsini qazanıb.
37 yaşlı qrossmeyster 4-cü turda norveçli Maqnus Karlsenlə üz-üzə gəlməli idi. Lakin dünya çempionu turnirdən imtina etdiyi üçün görüş baş tutmayıb. Nəticədə Məmmədyarova texniki qələbə verilib.
Karlsenin əvvəlki turlardakı nəticələri ləğv olunacaq.
Qeyd edək ki, Şəhriyar Məmmədyarov hazırda 2 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.
Oxşar xəbərlər
“Grand Chess Tour”: Şəhriyar Məmmədyarovun qazancı bəlli olub - FOTO
Azərbaycanlı şahmatçı Şəhriyar Məmmədyarovun ABŞ-ın Sent-Luis şəhərində keçirilmiş “Grand Chess Tour”un IV mərhələsindən qazancı açıqlanıb. BAKU.WS xəbər verir...