Karlo Ançelottidən Arda Gülərə doğum günündə acı sürpriz - VİDEO

Karlo Ançelottidən Arda Gülərə doğum günündə acı sürpriz - VİDEO
Video
İdman 2090

Ötən gecə "Real Madrid" "Sevilya"nı 1:0 hesabı ilə məğlub edərək La Liqada liderliyini davam etdirib. Meydan sahibləri Luka Modriçin vurduğu qolla 3 xal qazanıb və Arda Gülər ​​oyuna girməyə hazırlaşarkən son anda ehtiyat oyunçular skamyasına qayıdıb.

BAKU.WS xəbər verir ki, buna səbəb Luka Modriçin qol vurması olub.

Qarşılaşma 0-0 davam edərkən türk ulduzu oyuna çıxarmağa hazırlaşıb və Karlo Ançelotti Modriçin qolundan sonra qərarından vaz keçib. Ad günündə uğursuz anlar yaşayan Arda Gülər ​​sosial mediadan sıx dəstək alıb.

Real Madrid xallarını 65-ə yüksəldərək liderliyini davam etdirdi.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər