Kabo Verde DÇ-2026-da ardıcıl ikinci xalını qazanıb
Futbol üzrə dünya çempionatında Uruqvay - Kabo Verde ilə qarşılaşıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, Mayami stadionunda keçirilən H qrupunun II turunun matçında qalib müəyyənləşməyib - 2:2.
Uruqvayın heyətində Maksimiliano Arauxo (44) və Aqustin Kanobbio (45+6) fərqləniblər. Kabo Verde yığmasında isə Kevin Pina (21) və Helio Varella (61) diqqət mərkəzinə düşüblər.
Bununla da hər iki yığma qrupdakı xallarının sayını 2-yə çatdırıb. Uruqvay ötən tur Səudiyyə Ərəbistanı (1:1), Kabo Verde isə İspaniya ilə (0:0) heç-heçə etmişdi.
II turun əvvəlki matçında isə İspaniya Səudiyyə Ərəbistanı seçməsini 4 cavabsız qolla məğlub edib.
***
Futbol üzrə dünya çempionatında Misir Yeni Zelandiya millisinə qalib gəlib.
BAKU.WS report-a istinadən xəbər verir ki, "BC Place" stadionunda keçirilən G qrupunun II turunun matçında afrikalılar 3:1 hesablı qələbəyə seviniblər.
Hesabı Yeni Zelandiya yığmasından Finn Serman (15) açıb. İkinci hissədə geri dönüş edən misirlilər Mustafa Ziko (58), Məhəmməd Salah (67) və Trezeqenin (83) qolları ilə 3 xalı qazanıblar.
Bu, Misir seçməsinin mundiallarda ilk qələbəsi kimi tarixə düşüb. Komanda ilk dəfə 1934-cü il dünya çempionatında iştirak edib və həmin vaxtdan bu yana heç vaxt qələbəsi olmayıb.
Qeyd edək ki, DÇ-2026-da G qrupunun digər matçında Belçika İranla qolsuz (0:0) bərabərə qalıb.
*** 06:44
Futbol üzrə dünya çempionatının Yeni Zelandiya - Misir oyununda dördüncü qol vurulub.
BAKU.WS report-a istinadən xəbər verir ki, "BC Place" stadionunda keçirilən G qrupunun II turunun matçında afrikalılar hesabdakı üstünlüklərini möhkəmləndiriblər - 3:1.
83-cü dəqiqədə Trezeqe diqqət mərkəzinə düşüb.
*** 06:29
Futbol üzrə dünya çempionatının Yeni Zelandiya - Misir oyununda üçüncü qol vurulub.
BAKU.WS report-a istinadən xəbər verir ki, "BC Place" stadionunda keçirilən G qrupunun II turunun matçında afrikalılar hesabda önə keçiblər - 2:1.
67-ci dəqiqədə Məhəmməd Salah rəqib komandanın torunu silkələyib.
** 06:21
Futbol üzrə dünya çempionatının Yeni Zelandiya - Misir oyununda ikinci qol vurulub.
BAKU.WS report-a istinadən xəbər verir ki, "BC Place" stadionunda keçirilən G qrupunun II turunun matçında afrikalılar hesabı bərabərləşdiriblər - 1:1.
58-ci dəqiqədə Mustafa Ziko başla dəqiq oynayıb.
*** 06:04
Futbol üzrə dünya çempionatının Yeni Zelandiya - Misir oyununda ikinci hissə başlayıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, "BC Place" stadionunda keçirilən G qrupunun II turunun matçında Yeni Zelandiya hesabda öndədir - 1:0.
15-ci dəqiqədə Finn Serman başla dəqiq oynayıb.
*** 05:49
Futbol üzrə dünya çempionatının Yeni Zelandiya - Misir oyununda ilk hissə bitib.
BAKU.WS report-a istinadən xəbər verir ki, "BC Place" stadionunda keçirilən G qrupunun II turunun matçında Yeni Zelandiya hesabda öndədir - 1:0.
15-ci dəqiqədə Finn Serman başla dəqiq oynayıb.
*** 05:17
Futbol üzrə dünya çempionatının Yeni Zelandiya - Misir oyununda ilk qol səsi eşidilib.
BAKU.WS report-a istinadən xəbər verir ki, "BC Place" stadionunda keçirilən G qrupunun II turunun matçında Yeni Zelandiya hesabı açıb - 1:0.
15-ci dəqiqədə Finn Serman başla dəqiq oynayıb.
*** 05:00
Futbol üzrə dünya çempionatının Yeni Zelandiya - Misir oyunu başlayıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, G qrupunun II turunun matçı "BC Place" stadionunda keçirilir.
Qarşılaşmanı Birləşmiş Ərəb Əmirliklərindən olan FIFA referisi Ömər Məhəmməd Əl-Əli idarə edir.
Futbol üzrə dünya çempionatının Uruqvay - Kabo Verde oyununda dördüncü qol vurulub.
BAKU.WS report-a istinadən xəbər verir ki,, Mayami stadionunda keçirilən H qrupunun II turunun matçında Kabo Verde hesabı bərabərləşdirib - 2:2
61-ci dəqiqədə Helio Varella bərabərlik qolunu rəqibin qapısından keçirib.
Futbol üzrə dünya çempionatının Uruqvay - Kabo Verde oyununda ikinci hissə başlayıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, Mayami stadionunda keçirilən H qrupunun II turunun matçında Uruqvayın üstünlüyü davam edir - 2:1.
Qarşılaşmanı norveçli FIFA referisi Espen Eskos idarə edir.
Futbol üzrə dünya çempionatının Uruqvay - Kabo Verde oyununda ilk hissə başa çatıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, Mayami stadionunda keçirilən H qrupunun II turunun matçında Uruqvay fasiləyə üstünlüklə yollanıb - 2:1.
Qarşılaşmanı norveçli FIFA referisi Espen Eskos idarə edir.
Futbol üzrə dünya çempionatının Uruqvay - Kabo Verde oyununda üçüncü qol vurulub.
BAKU.WS report-a istinadən xəbər verir ki, Mayami stadionunda keçirilən H qrupunun II turunun matçında Uruqvay hesabda önə keçib - 2:1.
45+6-cı dəqiqədə Aqustin Kanobbio adını tabloya yazdırıb.
Futbol üzrə dünya çempionatının Uruqvay - Kabo Verde oyununda ikinci qol vurulub.
BAKU.WS report-a istinadən xəbər verir ki, Mayami stadionunda keçirilən H qrupunun II turunun matçında Uruqvay hesabı bərabərləşdirib - 1:1.
44-cü dəqiqədə Maksimiliano Arauxo rəqibin qapısını dəqiq nişan alıb.
Futbol üzrə dünya çempionatının Uruqvay - Kabo Verde oyununda hesab açılıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, Mayami stadionunda keçirilən H qrupunun II turunun matçında Kabo Verde hesabda irəli çıxıb - 1:0.
21-ci dəqiqədə Kevin Pina dəqiq zərbə müəllifi olub.
Futbol üzrə dünya çempionatının Uruqvay - Kabo Verde oyunu başlayıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, H qrupunun II turunun matçı Mayami stadionunda keçirilir.
Qarşılaşmanı norveçli FIFA referisi Espen Eskos idarə edir.
Qalereya
Oxşar xəbərlər
İspaniya millisi dünya çempionatları tarixində unikal rekorda imza atıb
İspaniya millisi dünya çempionatları tarixində unikal rekorda imza atıb. BAKU.WS report-a istinadən xəbər verir ki, son Avropa çempionu buna DÇ-2026-nın H qrupu...