Olavio Juninyo bu gün Azərbaycandan ayrılır
Yeniliklərdən dərhal xəbərdar olun
"Qarabağ" "Sevilya" ilə transfer məsələsində anlaşıb, Olavio Juninyo bu gün Azərbaycandan ayrılacaq.
BAKU.WS "Apasport"a istinadən xəbər verir ki, futbolçunun bu gün İspaniyaya yollanması gözlənilir. O, tibbi müayinədən keçəcək və yeni klubu ilə müqavilə imzalayacaq.
Qeyd edək ki, tərəflər arasında 2+1 illik sözləşmə bağlanacaq.
***10:31
"Qarabağ"ın futbolçusu Olavio Juninyonu heyətinə qatmağa yaxın olan İspaniyanın "Sevilya" klubu UEFA Çempionlar Liqasına vəsiqə qazanacağı təqdirdə Azərbaycan çempionuna əlavə ödəniş edəcək.
BAKU.WS xəbər verir ki, bu barədə "Relevo" nəşri məlumat yayıb.
Əndəlüs təmsilçisi qitənin bir nömrəli klub turnirinə qatılsa, "köhlən atlar"a 250 min avro ödəyəcək. Bundan əlavə, "Qarabağ" 28 yaşlı hücumçunun növbəti satışından 20 faiz gəlir əldə etmək hüququna da malik olacaq. Bu keçidin "Sevilya"ya 4 milyon avroya başa gələcəyi gözlənilir.
Bu həftə İspaniyaya gedəcək braziliyalı forvard yeni klubu ilə "2+1 illik" müqavilə imzalayacaq.
Oxşar xəbərlər
"Böyük Dəbilqə": Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə "Böyük Dəbilqə" turnirinin püşkatma mərasimi keçirilib. BAKU.WS xəbər verir ki, püşkün nəticələrinə...