İşğaldan azad edilmiş ərazilərdə 3 böyük idman LAYİHƏSİ - TARİX
Yeniliklərdən dərhal xəbərdar olun
Gələn il işğaldan azad edilmiş 3 şəhərdə idman zalı, idman kompleksi və stadion tikiləcək.
Bu barədə BAKU.WS-in sorğusuna cavab olaraq Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən bildirilib.
"İşğaldan azad olunmuş ərazilərdə Gənclər və İdman Nazirliyinin sifarişi ilə "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı" nda öz əksini tapmış bir-sıra layihələrin icrası üçün sənədləşmə proseduru aparılır. Bu layihələrə UEFA 4 kateqoriyasına cavab verəcək Ağdam şəhərində "İmarət" Stadionunun tikintisi, Füzuli şəhərində İdman Kompleksinin tikinti, Zəngilan şəhərində İdman zalının tikintisi daxildir. Sözügedən hər 3 layihənin tikintisinə növbəti ildən başlanılması nəzərdə tutulur", - deyə məlumatda qeyd olunub.
Oxşar xəbərlər
"Böyük Dəbilqə": Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə "Böyük Dəbilqə" turnirinin püşkatma mərasimi keçirilib. BAKU.WS xəbər verir ki, püşkün nəticələrinə...