İngiltərənin qolu qalmaqal yaratdı – FIFA iddialara cavab verdi

İngiltərənin qolu qalmaqal yaratdı – FIFA iddialara cavab verdi
İdman 19

İngiltərə millisi Norveçi əlavə vaxtda 2:1 hesabı ilə məğlub edərək 2026-cı il dünya çempionatının yarımfinalına yüksəlib. Lakin qarşılaşmanın ən çox müzakirə olunan məqamı ingilislərin ilk qolu olub.

BAKU.WS xəbər verir ki, matçın ilk hissəsinə əlavə olunmuş dəqiqələrdə Norveç millisinin qapıçısı Eryan Nuland qapı zərbəsini yerinə yetirərkən topun stadionun üzərində yerləşən televiziya kabelinə dəydiyi iddia olunub. Bundan sonra top Elliot Andersonun qarşısına düşüb, hücum davam edib və Cud Bellingem hesabı açıb.

Norveç futbolçuları topun kənar obyektə toxunduğunu əsas gətirərək oyunun dayandırılmasını tələb etsələr də, baş hakim Kleman Türpen qolu qüvvədə saxlayıb.

FIFA isə hadisədən sonra açıqlama yayaraq "Connected Ball" texnologiyasının qeydə aldığı məlumatlarda topun uçuşu zamanı onun hərəkətində və ya "nəbz"ində kabelə toxunmanı göstərən heç bir dəyişiklik olmadığını bildirib. Qurumun açıqlamasına görə, topun kabelə dəydiyini təsdiqləyən texniki sübut mövcud deyil.

Bununla yanaşı, FIFA-nın sabiq hakimi Mark Klattenburq "Fox Sports"a açıqlamasında fərqli mövqe sərgiləyib. O bildirib ki, top həqiqətən kənar obyektə toxunubsa, hakim oyunu dayandırmalı və mübahisəli top təyin etməli idi. Onun fikrincə, belə epizodlarda VAR sistemi də qərarın düzgün verilməsinə kömək edə bilərdi.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər