İman Xəlif qadınlar arasında keçirilən Rusiya boks çempionatına dəvət edildi

İman Xəlif qadınlar arasında keçirilən Rusiya boks çempionatına dəvət edildi
İdman 29

Avropa çempionu Yelena Jilyayeva əlcəzairli boksçu İman Xəlifi Serpuxovda keçirilən qadınlar arasında Rusiya boks çempionatına tamaşaçı qismində iştirak etməyə dəvət edib.

Bu barədə "RİA Novosti" məlumat yayıb.

"Onu Serpuxovda keçirilən Rusiya çempionatına dəvət edirik. İman qadın boksunu izləyəcək. Ola bilsin, məşq şəraitində boks edərik. Biz heç nədən çəkinmirik və rinqdə qarşımıza çıxan hər kəslə döyüşməyə hazırıq",-deyə Jilyayeva bildirib.

Qeyd edək ki, 4 noyabrda fransız jurnalist Jaffar Ait Audia "Le Correspondent" saytında əlcəzairli boksçu Xəlifi ilə bağlı məlumat dərc edib. Jurnalist, Xəlifin gender testindən keçə bilmədiyini və qadın reproduktiv sisteminə malik olmadığını, onun əvəzinə daxili testislər və artırılmış klitor ölçüsündə olan mikropenisə malik olduğunu iddia edib. Hormon testi də Xəlifdə kişi səviyyəsində testosteron olduğunu göstərib.

Xəlif 2023-cü ildə Hindistanda keçirilən Beynəlxalq Boks Assosiasiyası (IBA) dünya çempionatında gender testindən keçə bilməyib. Həmin çempionatda Tayvan təmsilçisi Lin Yuyting də oxşar testdən keçə bilməyib. Lakin Beynəlxalq Olimpiya Komitəsi hər iki idmançının 2024-cü ildə keçiriləcək Yay Olimpiya Oyunlarında iştirakını təsdiqləyib. Xəlif 66 kq çəki dərəcəsində qızıl medal qazanıb.

Son xəbərlər