İlham Əliyev "Qarabağı" təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Çempionlar Liqasının əsas mərhələsində Portuqaliyada "Benfika" üzərində 3:2 hesablı qələbəsi münasibətilə "Qarabağ"ı təbrik edib.
BAKU.WS xəbər verir ki, bu barədə dövlət başçısının rəsmi "X" hesabında paylaşım edilib.
"Qitənin ən nüfuzlu klub turnirində - Çempionlar Liqasının əsas mərhələsində ilk qələbəsini qazanması münasibətilə Ağdamın "Qarabağ" futbol klubunu ürəkdən təbrik edirəm. Bu, Azərbaycan futbolunun, Azərbaycan idmanının tarixi zəfəridir. "Qarabağ"ın Avropanın köklü klublarından biri olan "Benfika" ilə səfər matçında oyunun gedişində möhtəşəm geridönüş edərək parlaq qələbə çalması onun məğlubedilməz ruhunu, mübarizə əzmini göstərir. Bu qələbə ilə doğma komandamız Azərbaycan xalqına böyük sevinc bəxş etmişdir. Hər bir azərbaycanlı Avropada xariqələr yaradan "Qarabağ"la qürur duyur. Komandamıza Çempionlar Liqasının növbəti oyunlarında uğurlar və yeni-yeni zəfərlər arzu edirəm", - deyə paylaşımda vurğulanıb.
Qitənin ən nüfuzlu klub turnirində - Çempionlar Liqasının əsas mərhələsində ilk qələbəsini qazanması münasibətilə Ağdamın “Qarabağ” futbol klubunu ürəkdən təbrik edirəm. Bu, Azərbaycan futbolunun, Azərbaycan idmanının tarixi zəfəridir.
— İlham Əliyev (@azpresident) September 17, 2025
“Qarabağ”ın Avropanın köklü klublarından… pic.twitter.com/7mElqtaV81
Oxşar xəbərlər
Səyyad Aran: "Nazirlərimizin fəaliyyət tempi prezidentimizin tempinə uyğun gəlmir"
"Nazirlərimizin fəaliyyət tempi prezidentimizin tempinə uyğun gəlmir". BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsini...
