Səyyad Aran: "Nazirlərimizin fəaliyyət tempi prezidentimizin tempinə uyğun gəlmir"
Yeniliklərdən dərhal xəbərdar olun
"Nazirlərimizin fəaliyyət tempi prezidentimizin tempinə uyğun gəlmir".
BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Səyyad Aran komitənin bugünkü iclasında deyib.
O qeyd edib ki, ən öndəgedən şəxslər deputatlardır:
"Milli Məclisin plenar iclaslarında adbaad deyəcəyəm nazirlərin adlarını. Nə işlə məşğulsunuz?"
Deputat əlavə edib ki, nazirlər onların zənglərini cavabsız qoyurlar:
"Yaxşı, anladıq, işiniz başınızdan aşır. Bəs sizin köməkçiləriniz hansı işə baxır? Müraciətlərimizə vaxtında baxsanız, biz də bilərdik ki, vətəndaşa nə deyək. Köhnə qaydalardan çıxmaq lazımdır".
Oxşar xəbərlər
İlham Əliyev İspaniya Kralına başsağlığı verib
Prezident İlham Əliyev İspaniyanın Kralı Əlahəzrət VI Felipeyə başsağlığı məktubu göndərib. BAKU.WS xəbər verir ki, məktubda deyilir: "Əlahəzrət, Toledo əyaləti...