III MDB Oyunlarında oxatma yarışları Xankəndi şəhərində keçiriləcək

III MDB Oyunlarında oxatma yarışları Xankəndi şəhərində keçiriləcək
İdman 34

Azərbaycanda keçiriləcək III MDB Oyunlarında oxatma yarışlarının Xankəndi şəhərində təşkili planlaşdırılır.

BAKU.WS xəbər verir ki, bu barədə report-a gənclər və idman naziri Fərid Qayıbov açıqlama verib.

O, Qarabağda artıq bir neçə beynəlxalq turnirin baş tutduğunu xatırladıb: "Xankəndidə üç idman tədbiri keçirilib. Şərait yaxşılaşdıqca tədbirlərin sayı artır. III MDB Oyunları üçün Təşkilat Komitəsi yaradılıb. İclaslarımız olub. Hansı idman növlərinin harada olacağı müəyyənləşib. Cənab Prezident də vurğuladı ki, demək olar hər regionda olimpiya komplekslərimiz var. Bəziləri təmir olunacaq, abadlaşdırılacaq. Bəzi yerlərə yeni idman avadanlıqları alınacaq. Bunlar hamısı mirasdır. 2015-ci ildə Bakıda keçirilən Avropa oyunları ərəfəsində ölkədə bir neçə idman qurğusu tikildi. Milli Gimnastika Arenası, Bakı Su İdmanı Sarayını qeyd edə bilərəm. Atıcılıq mərkəzi yenidən quruldu. Bunlar hamısı Avropa Oyunlarından qalan yaxşı mirasdır. Bu gün də istifadə olunur. Dünyanın bir çox ölkələrindən idmançılar təlim-məşq toplanışları üçün ölkəmizə gəlirlər".

Nazir Azərbaycandakı idman obyekləri barədəı danışıb: "Avropa Gimnastikasının prezidenti kimi deyə bilərəm ki, dünyada Milli Gimnastika Arenası kimi bir kompleks tanımıram. Atıcılıq üzrə dünya çempionatı keçirildi. Beynəlxalq federasiyanın prezidenti gəlmişdi. O dedi ki, dünyada cəmi 6-7 belə kompleks var. Həmçinin Bakı Su İdmanı Sarayı da möhtəşəmdir. Bu, idmanın inkişafı üçün böyük dəstəkdir. Gəncədə yeni stadion tikilir. Artıq idman kompleksi istifadəyə verilib. Regionda ən böyük olimpiya komplekslərindən biridir. Yevlaxda yeni idman kompleksi inşa olunacaq. Düşünürəm ki, təşkiltçılar üçün heç də asan oyunlar deyil. Çətinliklərimiz var, onları üstələyəcəyik. Bizi yaxşı oyunlar gözləyir. Təkcə MDB deyil, dəvət olunmuş başqa ölkələr də var. Ona görə də iştirakçıların sayı çoxdur. Onlar bir neçə məkanda yerləşdiriləcək. Düşünürəm ki, bu oyunlar regionda idmanın inkişafı üçün təkan olacaq. Növbəti ildə aerobika üzrə Avropa çempionatı keçiriləcək. Böyük yarışdır. Beynəlxalq yarışları daha çox rayonlarda keçirmək üçün icra başçıları ilə danışırıq. Bunun üçün şəraitimiz, otellərimiz var".

Son xəbərlər