Şəhriyarın sponsor axtarışına federasiyadan cavab: "Heç bir yarışa öz hesabına getmir”
27
avq
2018
14:18
Xəbər verdiyimiz kimi, azərbaycanlı qrossmeyster, beynəlxalq turnirlərdə tarixi qələbələrə imza atan Şəhriyar Məmmədyarov özünə sponsor tapa bilməməsindən şikayətlənib. O, ard-arda yarışlara çıxmaqdan yorulduğunu və bunu pula görə etdiyini bildirib. BAKU.WS xəbər verir ki, məsələ ilə bağlı Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov “Qafqazinfo”ya danışıb.Federasiya rəsmisi bildirib ki, Məmmədyarov heç bir yarışa öz hesabına getmir və onun dahi idmançı kimi sponsor axtarması normaldır:“Şəhriyar dahi idmançıdır. Hazırda ağır turnirdə çıxış edir və yorğunluğunu dilə gətirir. Burada təhqiramiz heç nə yoxdur. O, heç bir yarışa öz hesabına getmir. Milli komandanın tərkibində federasiya, klubun heyətində isə klub onun xərclərini qarşılayır. Şəhriyar hər bir yarışa xüsusi dəvət alır və bu dəvəti dəyərləndirir. Özünün xərci yalnız şahmat məktəbinə və məşqlərinə gedə bilər. Başqa heç bir xərc yoxdur. Azərbaycan dövləti daim onun arxasındadır. Hansı yarışa gedibsə, həmin yarışdan sonra mükafatlandırılıb. Ona hər cür şərait yaradılıb”.Məmmədov dünyanın digər məşhur şahmatçılarının çoxlu sayda sponsor olmasından da danışıb: “Qərb və bizdə idmana ayrılan diqqət fərqlidir. Məsələn, Karuananın yetişməsində ABŞ və ya İtaliya dövlətinin heç bir rolu olmayıb. Ona sponsorlar dəstək olub. Ola bilər ki, Şəhriyar məşqləri üçün əlavə xərclər istəyir və ya dahi idmançı kimi ona daha çox dəyər verilməməsindən, sponsorların olmamasından narazıdır. Burda da tam haqlıdır. Onun açıqlamasında qeyri-adi nəsə axtarmaq yanlışdır”.BAKU.WS
Oxşar xəbərlər
Şəhriyar Məmmədyarov: Necə olur ki, mənə sponsor tapılmır
"İndicə yuxudan durdum. Burada gecə saat 01:47-dir. Bu gün Karlsonla 5 saatdan çox oyun oynadım və açığı çətin mübarizə oldu. Debutda böyük üstünlüyüm var idi....