Həbsdə olan Dani Alveşin həyat yoldaşı: "O, həmin gecə haqqında heç nə xatırlamır"

Həbsdə olan Dani Alveşin həyat yoldaşı: O, həmin gecə haqqında heç nə xatırlamır
İdman 244

"Barselona"nın və Braziliya millisinin keçmiş futbolçusu Dani Alveş həbsxanaya düşməsinə səbəb olan hadisələri xatırlamır.

BAKU.WS "Marca"ya istinadən xəbər verir ki, bu barədə 39 yaşlı futbolçunun həyat yoldaşı Coana Sans məlumat verib.

Sansın sözlərinə görə, Alveş həmin gecə sərxoş olduğu üçün hadisə haqqında heç nə xatırlamır.

Xatırladaq ki, "Barselona", "PSJ" və "Yuventus"un keçmiş futbolçusu zorlama ittihamı ilə cari ilin yanvarın 20-də həbs edilib. Dünyanın ən titullu futbolçusunu 4 ildən 12 ilə qədər həbs gözləyir. Onun həyat yoldaşı Coana Sans boşanmaq üçün məhkəməyə müraciət edib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər