Həbib Nurmaqomedov: "Düşünmürəm ki, Allah məndən razıdır" - FOTO

29
okt
2019
09:41
UFC-nin yüngül çəkidə mütləq çempionu Həbib Nurmaqomedov hesab edir ki, Allah-təala onun məşğuliyyətindən narazıdır. BAKU.WS xəbər verir ki, bu barədə Nurmaqomedov "İnstagram" səhifəsində yazıb. 31 yaşlı idmançı səhifəsinə kəmərlə şəklini yerləşdirib və belə bir paylaşım edib: "İnsanların razılığını qazanmağı heç vaxt əldə edə bilməyəcəksiniz. Bütün işlərinizdə və təşəbbüslərinizdə prioritet Allahın razılığı olmalıdır". Nurmaqomedovun paylaşımından sonra izləyicilərindən biri ona belə bir sual verib: "Fikirləşirsən ki, Allah səndən razıdır? Sən pul uğrunda döyüşlərdə iştirak edirsən". UFC çempionunun bu suala cavabı isə belə olub: "Düşünmürəm".


Oxşar xəbərlər
Nurmaqomedovun atası Konorun qaldığı oteli mühasirəyə alanları tərifləyib - VİDEO
UFC-nin yüngül çəkidə mütləq çempionu Həbib Nurmaqomedovun atası və məşqçisi olan Abdulmanal Nurmaqomedov irlandiyalı döyüşçü Konor Makqreqorun qaldığı oteli mü...
