"Hakken" - "Qarabağ" oyununda ən azı 300 azərbaycanlı azarkeşin olacağı gözlənilir

Hakken - Qarabağ oyununda ən azı 300 azərbaycanlı azarkeşin olacağı gözlənilir
İdman 0

"Qarabağ"ın İsveçdə yerli "Hakken" komandasına qarşı keçirəcəyi UEFA Avropa Liqasının qrup mərhələsinin II turunun oyununa azərbaycanlı azarkeşlərin də marağı yüksəkdir.

BAKU.WS xəbər verir ki, bu barədə report-a "köhlən atlar"ın mətbuat katibi Anar Hacıyev məlumat verib.

Fanatlar qarşılaşmanı tribunadan izləmək üçün kluba müraciət ediblər. Hacıyev sözügedən oyunda ən azı 300 azərbaycanlı azarkeşin olacağını bildirib.

Qeyd edək ki, oktyabrın 5-də Höteborqda reallaşacaq "Hakken" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər