Hacı Əliyevin İslamiadada iki dəfə medal kürsüsünə dəvət olunmasının səbəbi bilinib
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında 65 kq çəki dərəcəsində çempion olan güləşçi Hacı Əliyevin medal kürsüsünə iki dəfə qalxmasının səbəbi bilinib.
BAKU.WS "report"a istinadən xəbər verir ki, təşkilatçılar gümüş medal qazanmış Zəlimxan Abakarovun şərəfinə qaldırılmış Albaniya bayrağını səhv asıblar.
Təşkilatçılar daha sonra bu səhvi aradan qaldırıb. İdmançılar bu səbəbdən ikinci dəfə fəxri kürsüyə dəvət olunublar.
Onu da bildirək ki, milliyyətcə çeçen olan Zəlimxan Abakarovun şəxsi məşqçisi Azərbaycanın sərbəst güləş millisinin məşqçisi Zəlimxan Hüseynovdur.
Oxşar xəbərlər
Leyla Əliyeva güləşçilərimizin V İslam Həmrəyliyi Oyunlarındakı çıxışlarına baxıb - FOTO
Türkiyənin Konya şəhərində V İslam Həmrəyliyi Oyunlarının güləş yarışlarının ilk günündə Azərbaycan idmançıları 3 qızıl, 2 gümüş və 1 bürünc medal qazanıblar. H...