Hacı Əliyev: “Olimpiya çempionu olmaq üçün əlimdən gələn hər şeyi edirəm” - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
“Olimpiya çempionu olmaq üçün əlimdən gələn hər şeyi edirəm” .
Bunu Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev özünün “Instagram” hesabında yazıb.
32 yaşlı idmançı 2021-ci ildə Yaponiyanın paytaxtı Tokioda əldə etdiyi gümüş medalla fotosunu paylaşıb.
“Əlimdə tutduğum medal ikinci dəfə qazandığım olimpiya mükafatıdır. Bunu qızıl etmək və üçüncü dəfə olimpiya medalına yiyələnmək üçün vaxta az qalır. Buna sahib olmaq üçün əlimdən gələn hər şeyi edirəm. Allah bizə güc və qələbə nəsib etsin”, - H.Əliyev yazıb.
Qeyd edək ki, üçqat dünya və üçqat Avropa çempionu olan Hacı Əliyev 2016-cı ildə keçirilən Olimpiadada da bürünc medal əldə edib.
Oxşar xəbərlər
Azərbaycan İslam Həmrəyliyi Oyunlarını 99 medalla başa vurub
Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunları başa çatıb. BAKU.WS "report"a istinadən xəbər verir ki, Azərbaycan yarışı 99 medalla bitirib və...